Dövlət qulluqçuları üçün keçirilən təlimlər yekunlaşmışdır.
13 oktyabr 2023 | 16:45
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən Daşkəsən rayonunda dövlət qulluqçuları üçün keçirilən təlimlər yekunlaşmışdır. Təlimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Məhkəməsinin, Statistika idarəsinin, Gənclər İdman Sektorunun, Dövlət Aqrar İnkişaf Mərkəzinin və Maliyyə şöbəsinin əməkdaşları iştirak edirdilər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən təlimlərin sonuncu günündə “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında təqdimatlar və müzakirələr həyata keçirilib.
Təlimlərin nəticələrinə görə dövlət qulluqçularına sertifikatlar təqdim olunacaq.