Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda növbəti görüş keçirilib

06 oktyabr 2023 | 16:51

Oktyabrın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin,Daşkəsən rayonu üzrə Təhsil Sektorunun, habelə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə və maarifləndirmə" mövzusunda tədbir keçirilib.

Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Elmar Əliyev, Dövlət  Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, rayon üzrə  Gənclər və İdman Sektorunun baş məsələhətçisi Rəşail Babayev, müəllimlər  və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda dini radikalizm və ekstremizmin yarada biləcəyi fəsadlardan bəhs edilib, dinlər haqqında məlumatsızlığın əksər hallarda dini radikalizmi doğuran başlıca səbəblərdən olması vurğulanıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər