Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Dəvrallı kəndində növbəti səyyar qəbul-görüş keçirilib

05 oktyabr 2023 | 15:18

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Qabaqtəpə kənd inzibati ərazi dairəsinin Dəvrallı kənd sakinləri ilə keçirilib.

Qəbulda rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

V.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb, bu  tədbirlərinin  2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarını təmin etdiyini, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını aldığını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarıldığını, onların hərbi infrastrukturunun zərərsizləşdirildiyini, mina terroruna son qoyulmasını və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edildiyini bildirib.

O, lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  Azərbaycan xalqına müraciətindən də danışıb, bəzi məqamları diqqətə çatdırıb: “Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.

Biz isə artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik!”

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Qarabağdakı separatçıların keçmiş prezidentlərinin artıq saxlanılaraq Bakıya gətirildiyini, onların illərdir törətdikləri cinayət əməllərinə qanun qarşısında cavab verəcəklərini vurğulayıb.

Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.

Sonra sakinlər müraciətlərini ediblər.

Müraciətlər əsasən odun yanacağı ilə təminat, əraziyə qaz xəttinin çəkilməsi, kənddaxili yolların və su keçidinin təmiri, nasaz elektrik dayaqlarının dəyişdirilməsi və digər şəxsi məsələlərlə bağlı olmuşdur.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər