Daşkəsənli Vətən müharibəsi şəhidləri Röyal Verdiyevin, Məhəmməd Abdullayevin, Elnur Bağırovun və Orxan Cəfərlinin şəhadətlərinin beşinci ildönümləri qeyd olunub
Dekabrın 3-də əsgər Verdiyev Röyal Qabil oğlunun, dekabrın 6-da əsgər Abdullayev Məhəmməd Vaqif oğlunun və əsgər Bağırov Elnur Sahib oğlunun, dekabrın 9-da gizir Cəfərli Orxan Etibar oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən beşinci ildönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi yad olunub, məzarlarına güllər düzülüb, dualar oxunub.
Anım mərasimlərində çıxış edən icra başçısı Orxan Abbasov şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verərək səbir diləyib.
Şəhidlərin valideynləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Verdiyev Röyal Qabil oğlu – 1994-cü il avqustun 17-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Röyal Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə könüllü savaşıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il dekabrın 2-də müqəddəs şəhidlik zirvəsinə ucalıb. 2020-ci il dekabrın 3-də Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Röyal Verdiyev “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Abdullayev Məhəmməd Vaqif oğlu – 1999-cu il aprelin 19-da Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il sentyabrın 29-da Kəlbəcər rayonunun şərti adı “Üçtəpələr” olan döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar zamanı düşmənin minomyot atəşi nəticəsində müqəddəs şəhidlik zirvəsinə yüksəlib. 2020-ci il dekabrın 6-da Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Məhəmməd Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Bağırov Elnur Sahib oğlu – 1993-cü il aprelin 16-da Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elnur Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı peşəkar snayper kimi Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il sentyabrın 29-da Kəlbəcər rayonunun şərti adı “Üçtəpələr” olan döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar zamanı düşmənin minomyot atəşi nəticəsində müqəddəs şəhidlik zirvəsinə yüksəlib. 2020-ci il dekabrın 6-da Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Elnur Bağırov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Cəfərli Orxan Etibar oğlu – 1996-cı il fevralın 16-da Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Orxan Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. Orxan Cəfərli 2020-ci il sentyabrın 27-də Murovdağ döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə yüksəlib. 2020-ci il dekabrın 9-da Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Orxan Cəfərli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Subay idi.






