Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidləri Ramid Tağıyev və Asif Tağıyev şəhadətlərinin altıncı ildönümü günündə anılıblar

18 noyabr 2026 | 14:31

Noyabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun və kiçik çavuş Tağıyev Asif Zakir oğlunun anım günləri keçirilib. Şəhidlərin ildönümü mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidlərin yaxınları, rayonun şəhid valideynləri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi yad edilib, məzarlarına güllər düzülüb, dualar oxunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidlərin ailələrinə bir daha başsağlığı verib, səbir diləyib. Vurğulayıb ki, şəhidlərin ailələrinə, həmçinin müharibə iştirakçılarına Daşkəsən  rayonunda yüksək həssaslıqla yanaşılır, onlara dövlət səviyyəsində hər zaman diqqət və qayğı göstərilir.

Şəhidlərin valideynləri onlar üçün yaradılan lazımi şəraitə və övladlarının xatirəsinin uca tutulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər