Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidləri Orxan Bəxtiyarovun və Tural İsmayılovun şəhadətlərinin altıncı ildönümü qeyd olunub

16 noyabr 2026 | 12:45

Noyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında şəhid əsgər Bəxtiyarov Orxan Sərvər oğlunun, Gəncə Şəhidlər Xiyabanında şəhid əsgər İsmayılov Tural Nurəddin oğlunun anım günləri keçirilib.

İldönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub və şəhidlərin ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verilib.

Şəhidlərin valideynləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər