Daşkəsənli Vətən müharibəsi şəhidləri Orxan Bəxtiyarovun, Tural İsmayılovun, Ramid Tağıyevin və Asif Tağıyevin şəhadətlərinin beşinci ildönümləri qeyd olunub
Noyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri əsgər Bəxtiyarov Orxan Sərvər oğlunun, Gəncə Şəhidlər Xiyabanında əsgər İsmayılov Tural Nurəddin oğlunun, noyabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun və kiçik çavuş Tağıyev Asif Zakir oğlunun anım günləri keçirilib.
İldönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Orxan Abbasov şəhidlərin ailələrinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib. Həmçinin şəhidlərin həyatından və keçdikləri şərəfli döyüş yolundan söz açıb, göstərdikləri igidliyin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.
Şəhidlərin valideynləri və yaxınları onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Bəxtiyarov Orxan Sərvər oğlu – 1991-ci il sentyabrın 13-də Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Bəxtiyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il noyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Orxan Bəxtiyarov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qalıb.
İsmayılov Tural Nurəddin oğlu – 1999-cu il martın 10-da Daşkəsən rayonunun Zivlan kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tural İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci il noyabrın 7-də Şuşa döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il noyabrın 16-da Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Tural İsmayılov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Tağıyev Ramid Yaqub oğlu – 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramid Tağıyev 2020-ci il oktyabrın 2-də Murovdağ döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il noyabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Ramid Tağıyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Tağıyev Asif Zakir oğlu – 1985-ci il fevralın 23-də Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. Asif Tağıyev 2020-ci il oktyabrın 3-də Murovdağ döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Asif Tağıyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. Üç oğlu yadigar qalıb.






