Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidləri Muraz Cabbarovun və Orxan Şıxıyevin şəhadətlərinin beşinci ildönümü qeyd olunub

02 noyabr 2025 | 15:08

Noyabrın 2-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri əsgər Cabbarov Muraz İlham oğlunun və əsgər Şıxıyev Orxan Raqif oğlunun keçirilən anım günlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid ailələri, veteranlar, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək şəhidlərin ailələrinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib. O qeyd edib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq, Daşkəsən rayonunda bütün şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərilir. İcra başçısı vurğulayıb ki, şəhidlərimizin, qazilərimizin, igid əsgər və zabitlərimizin qəhrəmanlığı, rəşadəti və qalib Ordumuzun gücü sayəsində Azərbaycan dövləti öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü yüksək səviyyədə qoruyub saxlayır və bu dəyərlər hər bir azərbaycanlının qəlbində müqəddəsdir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmiş xalqımızın Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sədaqəti, vətənpərvərliyi və milli həmrəyliyi nəticəsində bu gün müstəqil və suveren Azərbaycan dövləti daha da möhkəmlənir, yeni-yeni uğurlara imza atır.

Digər çıxış edənlər isə Muraz Cabbarovun və Orxan Şıxıyevin şərəfli həyat və döyüş yollarından söz açaraq xatirələrini bölüşüblər.

Şəhidlərin valideynləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Cabbarov Muraz İlham oğlu  2000-ci il martın 7-də Daşkəsən rayonun Zağalı kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Muraz Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Muraz Cabbarov 2020-ci il oktyabrın 10-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə yüksəlib,  şəxsi igidlik, şücaət və rəşadət göstərib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Muraz Cabbarov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Rəşadətə görə” ordeni ilə təltif edilib. Subay idi.

Şıxıyev Orxan Raqif oğlu 1989-cu il sentyabrın 29-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Şıxıyev 2020-ci il noyabrın 2-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Orxan Şıxıyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.  Ailəli idi.

Keçidlər