Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidləri Muraz Cabbarovun və Orxan Şıxıyevin şəhadətlərinin altıncı ildönümü qeyd olunub

02 noyabr 2026 | 16:09

Noyabrın 2-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri əsgər Cabbarov Muraz İlham oğlunun və əsgər Şıxıyev Orxan Raqif oğlunun keçirilən anım günlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid ailələri, veteranlar, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək şəhidlərin ailələrinə bir daha dərin hüznlə başsağlığı verib, səbir diləyib,  Muraz Cabbarovun və Orxan Şıxıyevin şərəfli həyat və döyüş yolundan söz açıb. İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri xüsusi diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli və hərtərəfli dəstəklənməsi məqsədilə həyata keçirilən tədbirlər dövlətimizin bu ailələrə göstərdiyi yüksək ehtiramın bariz nümunəsidir.

Şəhidlərin valideynləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər