Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidləri Elşən Quluyevin, Rüstəm İsmayılovun, Vüsal Cəfərovun və Rüfət Sadıqovun şəhadətlərinin beşinci ildönümləri qeyd olunub

19 dekabr 2025 | 10:58

Dekabrın 12-də kiçik çavuş Quluyev Elşən Natiq oğlunun, dekabrın 17-də əsgər İsmayılov Rüstəm Üzeyir oğlunun, dekabrın 18-də kiçik çavuş Cəfərov Vüsal Saxləddin oğlunun və dekabrın 19-da çavuş Sadıqov Rüfət Vaqif oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən beşinci ildönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi yad olunub, məzarlarına güllər düzülüb, dualar oxunub.

Anım mərasimlərində çıxış edən icra başçısı Orxan Abbasov şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verərək səbir diləyib.

Şəhidlərin valideynləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki,  Quluyev Elşən Natiq oğlu – 1992-ci il dekabrın 21-də  Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Quluyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il sentyabrın 27-də Murovdağ döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb.  2020-ci il dekabrın 12-də Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Elşən Quluyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəli idi. 1 oğlu və 1 qızı yadigar qalıb.

İsmayılov Rüstəm Üzeyir oğlu – 1995-ci il avqustun 29-da Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Rüstəm İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il oktyabrın 1-də Murovdağ döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb.  2020-ci il dekabrın 17-də Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Rüstəm İsmayılov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.

Cəfərov Vüsal Saxləddin oğlu – 1990-cı il martın 1-də Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub.  Azərbaycan Ordusunun kiçik çavuşu olan Vüsal Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il oktyabrın 1-də Murovdağ döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb.  2020-ci il dekabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Vüsal Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. 2 oğul övladı yadigar qalıb.

Sadıqov Rüfət Vaqif oğlu – 1995-ci il noyabrın 13-də Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Rüfət Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il oktyabrın 4-də Murovdağ döyüşləri zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb.  2020-ci il dekabrın 19-da Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Rüfət Sadıqov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər