Daşkəsənli Vətən müharibəsi şəhidləri Elnur Məmmədovun, Pərviz Ələsgərovun və Arzu Zeynalovun şəhadətlərinin beşinci ildönümləri qeyd olunub
Noyabrın 23-də Vətən müharibəsi şəhidləri əsgər Məmmədov Elnur İsrəfil oğlunun Gəncə Şəhidlər Xiyabanında, noyabrın 24-də kiçik çavuş Ələsgərov Pərviz Lətif oğlunun və əsgər Zeynalov Arzu Rövşən oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən beşinci ildönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailələri və yaxınları, şəhid valideynləri, müharibə veteranları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin məzarları ziyarət edilib, xatirələri anılıb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidlərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verib, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Daşkəsən rayonunda da dövlət səviyyəsində şəhid ailələrinin və müharibə əlillərinin sosial qayğılarının həlli sahəsində görülən kompleks ardıcıl işlərin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini vurğulayıb.
Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinin uca tutulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Məmmədov Elnur İsrəfil oğlu – 1989-cu ildə sentyabrın 16-da Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan kəşfiyyatçı Elnur Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il oktyabrın 2-də Murovdağ istiqamətində müqəddəs şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 23-də Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Elnur Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. İki qız övladı yadigar qalıb.
Ələsgərov Pərviz Lətif oğlu – 1984-cü il sentyabrın 27-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Pərviz Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il oktyabrın 2-də Murovdağ istiqamətində müqəddəs şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 24-də Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Pərviz Ələsgərov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli idi. İki oğlu yadigar qalıb.
Zeynalov Arzu Rövşən oğlu – 1999-cu il martın 6-da Qazaxıstan Respublikasının Arşalinskiy rayonunun Qırmızı Göl kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Arzu Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəxsi igidlik və şücaət göstərib. 2020-ci il oktyabrın 2-də Ağdağ döyüş mövqeyi istiqamətində müqəddəs şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 24-də Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Arzu Zeynalov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.






