Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidləri Arzu Zeynalov və Pərviz Ələsgərov anılıblar

24 noyabr 2026 | 18:05

Noyabrın 24-də Daşkəsənli Vətən müharibəsi şəhidləri əsgər Zeynalov Arzu Rövşən oğlunun və kiçik çavuş Ələsgərov Pərviz Lətif oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən altıncı ildönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə veteranları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları ziyarət edilib, xatirələri anılıb, dualar oxunub.

İcra başçısı Orxan Abbasov şəhidlərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verib. Çıxışında vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət və fədakarlıq göstərərək torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçiblər. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın birliyinin, həmrəyliyinin və ordumuzun gücünün təntənəsidir. Şəhidlərimizin keçdiyi döyüş yolu, göstərdikləri igidlik və Vətənə sədaqət hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənc nəsil üçün əsl qəhrəmanlıq örnəyidir. Onların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, ehtiramla yad ediləcək. Dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.

Şəhidlərin valideynləri və yaxınları onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər