Daşkəsənli Vətən müharibəsi şəhidi Pərviz Ələsgərovun anası Aybəniz Ələsgərova torpağa tapşırılıb
25 avqust 2026 | 16:40
Avqustun 25-də Gəncə Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Pərviz Ələsgərovun anası Aybəniz Ələsgərovanın dəfn mərasimi keçirilib.
Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
İcra başçısı Orxan Abbasov mərhum Aybəniz Ələsgərovanın vəfatından kədərləndiyini bildirib, rayon ictimaiyyəti adından ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib.
Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq hər birimizin vətəndaşlıq borcudur.
Allah rəhmət eləsin!






