Daşkəsənli Vətən müharibəsi şəhidi Novruz Haxverdiyevin atası Əli Haxverdiyev torpağa tapşırılıb
Aprelin 30-da Gəncə Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, SHXŞDX-nin Daşkəsən rayon bölməsinin rəisi, polkovnik-leytenant Ramil Qarayev, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı Orxan Abbasov Vətən müharibəsi şəhidi Novruz Haxverdiyevin atası Əli Haxverdiyevin vəfatından kədərləndiyini bildirib, rayon ictimaiyyəti adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib və Allahdan rəhmət diləyib. İcra başçısı vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq hər birimizin vətəndaşlıq borcudur.
Allah rəhmət eləsin.






