Daşkəsənli Vətən müharibəsi şəhidi Mübariz İbrahimovun şəhadətinin altıncı ildönümü qeyd olunub
Noyabrın 11-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi əsgər İbrahimov Mübariz Telman oğlunun anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin yaxınları, şəhid ailələri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Orxan Abbasov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək səbir diləyib, Mübariz İbrahimovun şərəfli həyat və döyüş yolundan, Vətənə bağlılığından, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. Rayon rəhbəri bildirib ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini yaşatmaq, onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Şəhidin valideynləri onlara hər zaman göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






