Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayevin atası Vaqif Abdullayev vəfat edib

19 sentyabr 2026 | 16:19

Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayevin atası Vaqif Abdullayev bir müddət əvvəl səhhətində yaranmış ciddi problemlər səbəbindən vəfat edib.

Gəncə Şəhidlər xiyabanında keçirilmiş mərhumun dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və sakinlər iştirak ediblər.

İcra başçısı Orxan Abbasov Vaqif Abdullayevin vəfatından kədərləndiyini bildirib, rayon ictimaiyyəti adından ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayev 2020-ci ildə Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Keçidlər