Daşkəsənli Vətən müharibəsi şəhidi Elnur Məmmədovun altıncı ildönümü qeyd olunub
Noyabrın 23-də Vətən müharibəsi şəhidi əsgər Məmmədov Elnur İsrəfil oğlunun Gəncə Şəhidlər Xiyabanında keçirilən anım günündə şəhidin ailə üzvləri, Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət təmsilçiləri, şəhid ailələri və digər şəxslər iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərlərinə tər güllər düzülüb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəxri Həsənov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib.
Şəhidin anası Pirverdiyeva Mayisə övladının xatirəsinə göstərilən yüksək ehtirama, diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.






