Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsənin Xoşbulaq kəndində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş kitab sərgisi təşkil edilib

20 avqust 2025 | 15:13

Avqustun 20-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə “Konstitusiya və Suverenlik İli” ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Xoşbulaq kəndində açıq havada kitab sərgisi keçirib.

Sərgidə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi və kənd sakinləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edənlər Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Sərəncam ölkəmizin hüquqi və dövlətçilik əsaslarını möhkəmləndirməklə yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyini və ölkəmizin suverenliyinin təmin olunmasını təntənəli şəkildə qeyd etmək məqsədi daşıyır. Çıxışlarda həmçinin Azərbaycan dövlətçiliyinin təməlini təşkil edən Konstitusiyamızın mahiyyəti, onun insan hüquq və azadlıqlarının qorunmasında oynadığı roldan bəhs olunub.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, hüquqi əsasları, dövlətçiliyimizin inkişafında rolu ilə bağlı kitablar, eləcə də suverenliyimizin, milli dövlətçilik ənənələrimizin və müstəqilliyimizin möhkəmləndirilməsini əks etdirən elmi və bədii əsərlər nümayiş etdirilib.

 

 

Keçidlər