Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənə qar yağır

26 dekabr 2025 | 10:16

Dekabrın 25-i axşam saatlarından etibarən Daşkəsən rayonuna qarın yağması və şaxtalı hava şəraiti davam edir.

Yağan qarın qalınlığı Daşkəsən rayon mərkəzində 5-10 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı və digər dağ kəndlərində 10-15 santimetrə çatıb.

Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, şəhərdaxili yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün mütəmadi təmizləmə işləri aparılır. Sürüşkənlik ehtimalı olan ərazilərə qum-duz qarışığı səpilir.

Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmayıb. Qarın yağması rayonun ümumtəhsil məktəblərində şagirdlərin dərslərə davamiyyətinə də təsir göstərməyib.

Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava proqnozlarını nəzərə almaqla qurur.

Keçidlər