Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə yaşıllıqlar qorunur

30 iyul 2025 | 18:06

Havaların isti keçməsini nəzərə alan Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının kollektivi gücləndirilmiş iş rejiminə keçib. Belə ki, şəhər ərazisindəki yaşıllıq sahələri mütəmadi olaraq suvarılır, ağac və kollara qulluq davam etdirilir. Eyni zamanda, çəmənliklərin biçilməsi və təmizlik işləri  mütəmadi xarakter daşıyır.

Həmçinin Daşkəsən rayon Bayraq Meydanındakı parkda ağacları və yaşıllığı qorumaq məqsədilə yeni suvarma sistemi quraşdırılıb.

Görülən tədbirlər Daşkəsənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və sakinlər üçün sağlam ətraf mühitin yaradılmasına xidmət edir.

Keçidlər