Daşkəsəndə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan dama yarışı keçirilib
19-20 fevral tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman sektoru, rayon Mədəniyyət Mərkəzi və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilmiş dama idman növü üzrə yarış Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yarış Xocalı faciəsinin 33-cü ildönümünün qeyd edilməsi, yeniyetmə və gənclərə vətənpərvərlik hissləri aşılamaq, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək və məktəblərarası əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb.
17 yaşadək ümumilikdə 28 iştirakçının qatıldığı yarış olimpiya sistemi əsasında keçirilib.
Nəticələrə əsasən, Abbaszadə Fərid Samir oğlu I yerə, Musayev Yusif Arzu oğlu II yerə, Abbasov Fəxri Samir oğlu III yerə layiq görülüb.
Qaliblər təşkilatçılar tərəfindən medal və diplomlarla mükafatlandırılıb.