Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidləri Məhəmməd Abdullayevin və Elnur Bağırovun anım günləri qeyd olunub

06 dekabr 2024 | 15:52

Dekabrın 6-da daşkəsənli Vətən müharibəsi şəhidləri əsgər Abdullayev Məhəmməd Vaqif oğlunun və əsgər Bağırov Elnur Sahib oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım günlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid valideynləri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlərin xatirəsi yad olunub, məzarlarına güllər düzülüb, dualar oxunub.

Anım mərasimində çıxış edən RİHB-nin müavini Vüqar Məmmədov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verərək səbir diləyib.

Şəhidlərin valideynləri hər zaman ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər