Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidi Vüsal Cəfərovun anım günü keçirilib

18 dekabr 2024 | 14:20

Dekabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi kiçik çavuş Cəfərov Vüsal Saxləddin oğlunun şəhadətinin ildönümündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin yaxınları, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, gül-çiçək düzülüb, dualar oxuyub.

İcra başçısı Orxan Abbasov şəhidin ailəsinə başsağlığı verib, səbir diləyib; Vüsal Cəfərovun həyatından və keçdiyi şərəfli döyüş yolundan danışıb. 

Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini deyərək, ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər