Daşkəsəndə Vətən müharibəsi şəhidi Tacəddin Abbasov şəhadətinin 6-cı ildönümü günündə anılıb
Oktyabrın 26-da Vətən müharibəsi şəhidi əsgər Abbasov Tacəddin Vüqar oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, veteranlar, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Orxan Abbasov şəhid Tacəddin Abbasovun ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, şərəfli həyatından və döyüş yolundan söz açıb. Qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Bu Zəfərin əldə olunmasında canlarından keçən şəhidlərimizin misilsiz fədakarlığı heç vaxt unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcək.
Şəhidin anası Həmidə Abbasova ailəsinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.






