Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidi Rüstəm İsmayılovun xatirəsi yad olunub

17 dekabr 2024 | 12:44

Dekabrın 17-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi əsgər Rüstəm İsmayılovun dördüncü ildönümündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, sakinlər və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, gül dəstələri düzlüb, dualar oxunub.

İcra başçısı Orxan Abbasov şəhid Rüstəm İsmayılovun ailəsinə başsağlığı verib, keçdiyi döyüş yolundan və qəhrəmanlığından söz açıb.

Şəhidin valideynləri hər zaman göstərilən həssas münasibətə, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər