Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidi Rüfət Sadıqov anılıb

19 dekabr 2024 | 11:41

Dekabrın 19-da Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi çavuş Sadıqov Rüfət Vaqif oğlunun anım günü keçirilib. İldönümü mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Rüfət Sadıqovun məzarı ziyarət olunub, üzərinə güllər düzülüb, xatirəsi yad edilib, dualar oxunub.

İcra başçısı Orxan Abbasov şəhidin ailəsinə başsağlığı verib, Allahdan rəhmət diləyib. Çıxışında vurğulayıb ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi tariximizin şanlı salnaməsidir; şəhidlərimiz və qazilərimiz isə bizim hər zaman qürur mənbəyimizdir.

Şəhidin anası Tərifə Ağacanova ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər