Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin xatirəsi anılıb

03 dekabr 2024 | 13:59

Dekabrın 3-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi əsgər Verdiyev Röyal Qabil oğlunun anım mərasimi keçirilib.

Şəhidin dördüncü ildönümündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, rayonun şəhid valideynləri, müharibə iştirakçıları, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhid Röyal Verdiyevin xatirəsi yad edilib, dualar oxunub, məzarına güllər düzülüb.

Daşkəsən  Rayon İcra Hakimiyyəti başçısı Orxan Abbasov şəhidin ailəsinə bir daha başsağlığı verib, səbir diləyib. Həmçinin şəhid Röyal Verdiyevin şərəfli həyatından və döyüş yolundan söz açıb.

Şəhidin valideynləri ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər