Daşkəsəndə Vətən müharibəsi şəhidi Orxan Cəfərlinin xatirəsi anılıb
Dekabrın 9-da Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi gizir Cəfərli Orxan Etibar oğlunun dördüncü ildönümü mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, müharibə veteranları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət edilib, gül-çiçək dəstələri düzülüb, xatirəsi yad olunub, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidin ailəsinə və yaxınlarına başsağlığı verdikdən sonra Vətən müharibəsi şəhidi gizir Orxan Cəfərlinin şərəfli həyatından və döyüş yolundan söz açıb. Daşkəsən rayonunda da dövlət səviyyəsində şəhid ailələrinin və müharibə əlillərinin sosial qayğılarının həlli sahəsində görülən kompleks ardıcıl işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Şəhidin valideynləri ailələrinə göstərilən diqqət və qayğıdan razılıq ifadə edərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.