Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib

13 noyabr 2025 | 15:18

Ənənəvi olaraq, Ombudsman tərəfindən “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilir.  Bu münasibətlə Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun Təhsil Sektorunun, Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin və Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə silsilə maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərin məqsədi uşaqların hüquqları barədə məlumatlılığın artırılması, onların cəmiyyətdə layiqli yer tutmaları və sosial fəallıqlarının yüksəldilməsinə dəstək verməkdir.

Maarifləndirici görüşlərdə çıxış edən natiqlər qeyd ediblər ki, uşaq hüquqlarının qorunması və onların hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bildirilib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə respublikamızda uşaqların təhsili, sağlam böyüməsi və mənəvi inkişafı üçün mühüm sosial proqramlar icra olunur, müasir təhsil müəssisələri, uşaq bağçaları və istirahət mərkəzləri istifadəyə verilir.

Tədbir iştirakçıları “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları barədə ətraflı məlumatlandırılıb, uşaqlara öz hüquq və vəzifələrini tanımağın vacibliyi izah edilib, “Uşaq hüquqları” mövzusunda hazırlanmış sənədli filmlər nümayiş etdirilib.

 

Keçidlər