Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Uşaq Hüquqları Aylığı” çərçivəsində 12 Noyabr – Konstitusiya Günü münasibətilə “Məktəblərdə bullinq və onun səbəbləri: uşaqların hüquqlarının qorunması” mövzusunda şagirdlərlə görüşlər keçirilib

12 noyabr 2026 | 17:00

Maarifləndirici görüşlər Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman İdarəsinin və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirlərdə çıxış edənlər 12 Noyabr – Konstitusiya Gününün dövlətçilik tariximizdəki əhəmiyyətindən bəhs edərək, Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının qorunmasının hüquqi əsasını təşkil etdiyini vurğulayıblar. Bildirilib ki, Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların təmin edilməsi, hər bir uşağın təhlükəsiz və sağlam mühitdə böyüməsi, təhsil alması və hərtərəfli inkişafı dövlətin və cəmiyyətin mühüm vəzifələrindəndir.

Çıxışlarda məktəblərdə bullinqin mahiyyəti, yaranma səbəbləri, onun uşaqların psixoloji vəziyyətinə, sosial münasibətlərinə və təhsil prosesinə mənfi təsirləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bullinq bir şəxsin digər şəxsə qarşı qəsdən, davamlı və sistemli şəkildə fiziki, psixoloji və ya sosial təzyiq göstərməsi, onu alçaltması, təhqir etməsi və ya təcrid etməsidir. Onun qarşısının alınması üçün məktəb, ailə və cəmiyyət arasında sıx əməkdaşlığın qurulması, uşaqlar arasında qarşılıqlı hörmət, tolerantlıq və sağlam ünsiyyət mədəniyyətinin təşviqi vacibdir. Eyni zamanda, şagirdlərin hüquq və vəzifələri, hüquqları pozulduğu hallarda müraciət imkanları, zorakılıq və ayrı-seçkiliyin yolverilməzliyi diqqətə çatdırılıb.

Tədbirlər çərçivəsində mövzuya uyğun maarifləndirici filmlər nümayiş etdirilib, həmçinin məktəblilərin sualları cavablandılırlıb.

Keçidlər