Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş gənclər arasında intellektual yarış keçirilib

05 may 2026 | 08:48

Mayın 4-də Daşkəsən şəhər A. Mürsəlov adına tam orta ümumtəhsil məktəbində “Şəhərsalma və Memarlıq  İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayon gəncləri arasında bilik yarışı təşkil olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.

Çıxışlarda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqilliyimizin qorunub saxlanılmasında və ölkəmizin sosial-iqtisadi inkişafında misilsiz xidmətlərindən bəhs olunub, Ulu Öndərin zəngin siyasi irsinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

“Kahoot” platforması vasitəsilə keçirilən yarışda hər birində 4 nəfər olmaqla, 6 komanda birincilik uğrunda mübarizə aparıb. Suallar Ulu Öndərin həyatı və zəngin fəaliyyəti ilə bağlı olub.

“Zəfər yolu” komandası birinci, “Bayan” komandası ikinci, “Nəsimi” komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunub.

Keçidlər