Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon turniri keçirilib

08 may 2026 | 11:45

6-7 may tarixlərində Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektoru və Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən turnirin məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin və dövlətçilik ideyalarının gənc nəslə aşılanması, vətənpərvərlik ruhunun gücləndirilməsi, habelə yeniyetmələr arasında yunan-Roma güləşinin təbliği, sağlam həyat tərzinin təşviqi və perspektivli idmançıların üzə çıxarılması olub.

Gərgin mübarizə şəraitində keçən yarışda 14 çəki dərəcəsində ümumilikdə 67 nəfər iştirak edib.

I, II və III yerləri tutmuş idmançılar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunub.

 

Keçidlər