Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumrayon toplantısı keçirilib, ağacəkmə aksiyası təşkil olunub

10 may 2025 | 14:23

Mayın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən ümumrayon toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, millət vəkili Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi, qazilər, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzərək, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Eyni zamanda Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ziyarət olunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətində davam edən ümumrayon toplantısı Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Ümumrayon toplantısını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov açaraq Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib. İcra başçısı Orxan Abbasov məruzəsində Ümummilli Liderin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərdən, ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması və möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən bəhs edib. Ulu Öndərin alternativi olmayan düşünülmüş daxili və xarici siyasətinin onun layiqli siyasi varisi  Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və həmin siyasi kursun Azərbaycanın sabitliyinin, inkişafının və beynəlxalq nüfuzunun güclənməsinin əsas təminatı olduğunu  vurğulayan rayon rəhbəri Orxan Abbasov çıxışının sonunda deyib: “Daşkəsənlilər yaxşı bilirlər ki, Ulu Öndər həmişə xalqına, Vətəninə bağlı olmuş, öz cəsarəti, müdrikliyi, vətənpərvərliyi ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımızın milli amallarına qurban verməyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi xalqımızın tükənməz milli sərvətidir. Biz, Daşkəsənlilər həmişə olduğu kimi bundan sonra da Ulu Öndər Heydər Əliyevin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına sədaqət və inam nümayiş etdirəcək, əvəzolunmaz qüdrətli siyasi lider cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkəmizin hərtərəfli davamlı inkişafı üçün var qüvvəmizi əsirgəməyəcəyik”.

Millət vəkili Kamran Bayramov çıxışında bildirib ki, Heydər Əliyevin müdrik rəhbərliyi dövründə Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrində böyük dəyişikliklər baş vermiş, milli maraqlara əsaslanan siyasət sayəsində müstəqilliyimiz qorunub möhkəmləndirilmişdir. Azərbaycan regionda və dünyada etibarlı tərəfdaş, qalib güclü dövlət kimi tanınırsa, bu, Ulu Öndərin uzaqgörən strategiyasının nəticəsidir.

Toplantının sonunda “Heydər Əliyev və şanlı zəfər tariximiz” adlı sənədli film nümayiş etdirilib.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun təşəbbüsü və təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 102 ədəd müxtəlif növ ağac əkilib, aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasında icra başçısı Orxan Abbasov deyib: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. Daşkəsəndə təşkil olunan yaşıllıq aksiyasında məqsədimiz Ulu Öndərimiz tərəfindən əsası qoyulan bu nəcib ənənəni davam etdirməkdir”.

Keçidlər