Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa keçirilib

14 may 2025 | 16:22

Mayın 14-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı dəyirmi masa təşkil edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev, Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Alidə Mustafayeva və Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev məruzələrində müasir müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik tariximizdəki xidmətləri, həmçinin Konstitusiyamızın inkişaf mərhələləri, onun ölkənin hüquq sistemində tutduğu müstəsna yeri barədə ətraflı məlumat veriblər. Respublikamızın inkişafı naminə Ümummilli Liderin əsasını qoyduğu strateji siyasi xəttin Prezident cənab İlham Əliyevin bütün sahələrdə uğurla davam etdirdiyini vurğulayıblar. Həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Daşkəsən rayonunda keçirilən tədbirlərə nəzər salıblar.

Tədbir məruzələr ətrafında müzakirələrlə başa çatıb.

Keçidlər