Daşkəsəndə “Ulu Öndər Heydər Əliyevin həyat yolu və dövlətçilik fəlsəfəsi” adlı tədbir keçirilib
Mayın 6-da Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayon Heydər Əliyev Mərkəzi, Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Daşkəsən şəhər uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafında göstərdiyi misilsiz xidmətlər barədə geniş məlumat veriblər. Vurğulanıb ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, suveren və ərazi bütövlüyü təmin olunmuş ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir.
Tədbirin bədii hissəsində Daşkəsən şəhər uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət ansambl tərəfindən müxtəlif musiqi nömrələri təqdim olunub, Ümummilli Lider Heydər Əliyevə həsr edilən şeirlər səsləndirilib, milli rəqs nümunələri nümayiş etdirilib. Uşaqların səmimi çıxışları Ulu Öndərə olan sevgi və ehtiramın gələcək nəsillər tərəfindən də yaşadıldığını göstərib.






