Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan növbəti tarix dərsi keçirilib

04 may 2026 | 16:02

Mayın 4-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rayonun ümumtəhsil məktəblərinin bir qrup şagirdi üçün dərsdənkənar tarix dərs təşkil edib.

Dərsləri Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elmar Əliyev, Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova və Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Aybəniz İsayeva aparıblar.

Məktəblilərə tarixi xronologiya əsasında Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyəti, Azərbaycanda dövlət quruculuğu prosesində oynadığı mühüm rol, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyü təmin olumuş, suveren, sabit, bütün sahələr üzrə inkişaf edən, beynəlxalq aləmdə nüfuzlu və qüdrətli dövlətə çevrilmişdir.

Məruzələrdən sonra şagirdlərin sualları cavablandırılıb və “Böyük ömrün anları” sənədli film nümayiş etdirilib.

Eyni zamanda, məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin ömür yolunu əks etdirən eksponat və fotoşəkillərlə tanış olublar.

Keçidlər