Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tarix dərsləri keçirilib

01 may 2025 | 16:30

Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda rayonun ümumtəhsil məktəblərinin bir qrup şagirdi üçün dərsdənkənar silsilə tarix dərsləri təşkil edib.

Dərsləri Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev, Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova və tarix müəllimləri aparıblar.

Məktəblilərə tarixi xronologiya əsasında Ulu Öndər Heydər Əliyevin şərəfli həyatından, gərgin çoxşaxəli misilsiz fəaliyyətindən, müasir Azərbaycanımızın quruculuğu yolunda həyata keçirdiyi dərin düşünülmüş siyasətindən bəhs edilib. Həmçinin Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən, müqəddəs Ata vəsiyyətini şərəflə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin inkişafı, xalqımızın rifahı naminə gördüyü işlər, tarixi şanlı zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin uğurlu nəticəsi diqqətə çatdırılıb.

Məruzələrdən sonra “Ulu Öndər Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasının Konstitusiyası” adlı sənədli film nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda məktəblilər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Keçidlər