Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan rəsm sərgisi keçirilib

30 aprel 2025 | 16:36

Aprelin 30-da Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayon Mədəniyyət Mərkəzinin, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun, Daşkəsən rayonu üzrə Gənclər və İdman Sektorunun və Daşkəsən şəhər Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "Heydər Əliyev zirvəsi" adlı yeniyetmə və gənclərin rəsm sərgisi təşkil edilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyətindən, xalqımız naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu islahatlardan, həmçinin istedadlı şəxslərə göstərdiyi xüsusi qayğısından danışıb. Bildirib ki, hər zaman qəlblərdə yaşayacaq Ümummilli Liderimizin bütün fəaliyyəti dövründə yaradıcı insanlara, o cümlədən rəssamlara göstərdiyi diqqət və qayğı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan mədəniyyəti zamanın tələblərinə uyğun inkişaf edir. Sərginin əhəmiyyətini qeyd edən icra başçısı Orxan Abbasov yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilində, vətənpərvərlik tərbiyəsində və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin böyük rol oynadığını diqqətə çatdırıb.

Sonra sərgiyə baxış keçirilib. Yeniyetmə və gənclərin rəsm əsərləri böyük maraq və rəğbətlə qarşılanıb.  

Keçidlər