Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirlərinin gücləndirilməsi” mövzusunda maarifləndirmə aparılıb

18 fevral 2025 | 16:24

Fevralın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Daşkəsən rayonu üzrə Təhsil Sektoru ilə birgə təşkil etdiyi maarifləndirmə tədbirində Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının məsul katibi Elxan Hüseynzadə giriş nitqində bildirib ki, uşaqların təhsildən yayınma halları cəmiyyətin inkişafına ciddi təsir edən həyati bir problemdir. Bu məsələ yalnız fərdi səviyyədə deyil, həm də sosial, iqtisadi və mədəni kontekstdə geniş əhatə dairəsinə malikdir. Uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün mütəmadi olaraq nəzarətin gücləndirilməsi və maarifləndirmə tədbirləri vacibdir. Çünki uşaqların təhsildən yayınma səbəbləri müxtəlifdir. Ailənin iqtisadi vəziyyəti, sosial mühit, məktəb mühiti, müəllimlərin keyfiyyəti və uşaqların şəxsi problemləri bu səbəblər arasında yer alır. Aztəminatlı ailələrdə uşaqların işə cəlb edilməsi, erkən nikah halları və məktəbə qarşı maraqsızlıq kimi amillər təhsildən yayınmanı artırır. E.Hüseynzadə vurğulayıb ki, rayonda əvvəllər bəzən qızların təhsildən yayınması, həmçinin erkən nikah və əməyə cəlb olunma faktları var idisə, davamlı maarifləndirici tədbirlərin, zərurət yarandıqda əlaqədar qurumlarla və valideynlərlə sıx əməkdaşlığın nəticəsində indi bu kimi məsələlər nadir hallarda müşahidə edilir, həmçinin təhsildən yayınma kəskin şəkildə azalmışdır.

Daşkəsən RİH-nin məsul əməkdaşı Elmar Əliyev çıxışında qeyd edib ki, maarifləndirmə uşaqların təhsildən yayınmasının qarşısını almaq üçün mühüm bir vasitədir. Bunun üçün uşaqlara və valideynlərə təhsilin əhəmiyyətini, onun gələcəkdəki rolunu izah edən təhsil proqramları, təhsilə olan münasibəti müsbət yöndə dəyişmək məzmunlu interaktiv seminar və təlimlər təşkil etmək, habelə müasir dövrdə maarifləndirmə üçün effektiv platforma olan media və sosial şəbəkələrin imkanlarından istidafə etməklə daha geniş auditoriyaya çatmaq mümkündür.

Digər çıxış edənlər isə bildiriblər ki, məktəblər valideynlərlə sıx əməkdaşlıq şəraitində onların uşaqlarının təhsilə cəlb olunmasında aktiv rol oynamalıdır. Uşaqların məktəbə davamiyyətini izləmək üçün müxtəlif maraqlı tərəflərin təmsil olunduğu monitorinq sistemləri dərsə davam etməyən uşaqları vaxtında aşkar etməyə və onların səbəblərini öyrənməyə imkan tanıyır, həmçinin problemlərin daha geniş müstəvidə həllinə imkan verir.

Sonda müxtəlif təkliflər irəli sürülüb və suallar cavablandırılıb.

Keçidlər