Daşkəsəndə tam orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticəsi müzakirə olunub
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov tam orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının təhlili məqsədilə rayonun ümumtəhsil məktəblərinin direktor və müəllimləri, habelə 11-cilərlə görüş keçirib.
İcra başçısı Orxan Abbasov çıxışında rayonda şagird nailiyyətlərinin artırılması, tədrisin keyfiyyət səviyyəsinin yüksəldilməsi sahəsində görülən müsbət işlərin geniş vüsət aldığını bildirib. Tələbə adını qazanmağa hazırlaşan məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb.
Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov martın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən Daşkəsən rayonunda keçirilmiş yekun attestasiya imtahanının təhlil nəticələrini diqqətə çatdırıb, kəmiyyət və keyfiyyət göstəricilərini müqayisə edib, habelə qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verib.
Direktor və müəllimlər müxtəlif məsələlərlə bağlı müzakirə apararaq, Daşkəsən rayonunun təhsil sahəsində uğurları üçün bundan sonra da əzmkarlıqla çalışacaqlarını bildiriblər.
Görüşün sonunda icra başçısı Orxan Abbasov 11-cilərin suallarını cavablandırıb.