Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Sülh Aylığı”na həsr olunmuş maarifləndirici seminar keçirilib

10 sentyabr 2026 | 11:00

Sentyabrın 9-da Daşkəsən şəhər A.Mürsəlov adına tam orta ümumtəhsil məktəbində keçirilən seminar Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayonu üzrə təhsil sektoru tərəfindən birgə təşkil olunub.

Tədbirdə bildirilib ki, BMT Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qətnaməsi ilə Beynəlxalq Sülh Günü təsis edilib. Assambleyanın 28 sentyabr 2001-ci il tarixli qətnaməsi ilə isə 21 sentyabr tarixi hər il qeyd olunacaq Beynəlxalq Sülh Günü kimi müəyyənləşdirilib və həmin gün qlobal atəşkəs və zorakılıqdan imtina günü elan edilib. 2026-cı il Beynəlxalq Sülh Gününün mövzusu isə “Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün” olaraq müəyyən olunub.

Seminarda Azərbaycanın regionda davamlı sülhün və sabitliyin təmin olunmasına dair həyata keçirdiyi tədbirlərdən də bəhs olunub. Deyilib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair sazişin razılaşdırılmış mətni paraflanıb və Birgə Bəyannamə imzalanıb. Sənəddə Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsinin, münasibətlərin normallaşdırılmasının və yekun sülh sazişinin imzalanması və ratifikasiyası ilə bağlı növbəti addımların atılmasının vacibliyi vurğulanıb.

Həmçinin qeyd olunub ki, 22 yanvar 2026-cı ildə Davosda Prezident cənab İlham Əliyev ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın Nizamnaməsinin imzalanması mərasimində iştirak edib. Azərbaycanın bu beynəlxalq təşəbbüsün təsisçi üzvlərindən biri olması ölkəmizin qlobal sülh gündəliyinə verdiyi töhfənin bariz göstəricisidir.

Seminar zamanı sülhün qorunması və möhkəmləndirilməsində təhsilin rolundan  da bəhs olunub. Təhsil müəssisələrində sülh, humanizm, tolerantlıq, qarşılıqlı hörmət və həmrəylik kimi dəyərlərin təbliğinin gənc nəslin dünyagörüşünün formalaşmasına və cəmiyyətdə sülh mədəniyyətinin möhkəmlənməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb və məlumatlandırıcı bukletlər paylanıb.

Keçidlər