Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün aktiv məşğulluq tədbirləri” mövzusunda maarifləndirici görüş keçirilib

15 mart 2025 | 09:56

Martın 14-də Əmirvar kəndində keçirilən görüşdə Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin məsul əməkdaşları Ayaz Allahyarov, Elmin Paşayev, Daşkəsən KOB dostu Orxan Abbasov, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Daşkəsən Rayon Xidmət Şöbəsinin böyük mütəxəssisi Elvin Verdiyev, gənclər və həssas sosial qruplara aid vətəndaşlar iştirak ediblər.

Tədbirdə dövlət tərəfindən həyata keçirilən aktiv məşğulluq proqramları, özünüməşğulluq təşəbbüsləri, peşə hazırlığı, yenidən ixtisaslaşma imkanları, həssas sosial qruplara aid şəxslərin məşğulluğuna dair güzəştlər, kvota sistemi və digər dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib.

Görüş iştirakçıları suallarını ünvanlayıb və fərdi məşğulluq planlarının hazırlanması üçün mütəxəssislərlə məsləhətləşiblər.

Sonda iştirakçılara maarifləndirici bukletlər təqdim edilib və onlara məşğulluq proqramlarından faydalanmaq üçün aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub.

Qeyd edək ki, bu cür maarifləndirici tədbirlər işsiz və həssas qruplara aid şəxslərin əmək bazarına daha sürətli inteqrasiyasına və onların sosial rifahının yaxşılaşdırılmasına xidmət göstərir.

Keçidlər