Daşkəsəndə skautların ekstrimal düşərgəsi başa çatıb
06-10 dekabr tarixlərində Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən “Skautların Ekstrimal Düşərgəsi” adlı layihə uğurla icra edilərək yekunlaşıb.
Düşərgənin bağlanış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iştirak edib. İcra başçısı düşərgənin təşkilatçılarına və skautlara yeni-yeni uğurlar arzulayıb. Azərbaycan Skautlar Assosiasiyası ilə əməkdaşlığın rayonun turizm potensialından səmərəli istifadə istiqamətində vacib addım olduğunu vurğulayıb.
ASA-nın bölgə müvəkkili, düşərgə lideri Famil Məmmədov və ASA-nın Milli Komitəsinin üzvü Zamin Məmmədov bildiriblər ki, skautinqin gənclərin inkişafını təmin edən, eyni zamanda onların kamil vətəndaş kimi formalaşmasına dəstək olan bir hərəkatdır. Düşərgəyə qatılan skautlar yeni biliklər əldə etməklə yanaşı, komanda ilə işləmə bacarıqlarını da mənimsədilər. Habelə qış fəslində Daşkəsənin unikal çətin relyef və hava şəraitində bilik və təcrübələrini daha da artırdılar, o cümlədən dağçılıq təlimləri, qış sığınacaqlarının qurulması və komanda oyunları kimi ekstremal fəaliyyətlərlə məşğul oldular. Düşərgə həm təşkilatçılar, həm də iştirakçılar üçün uğurlu və yaddaqalan oldu.
Zamin Məmmədov təmsil etdikləri təşkilatın adından icra başçısı Orxan Abbasova simvolik olaraq Azərbaycan skautlarının milli boğaz örpəyini təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.