Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Səyyar “ASAN xidmət”in fəaliyyəti başa çatıb

25 iyun 2025 | 18:22

İyunun 2-dən iyunun 25-dək həftənin 5 iş günü saat 10:00-dan 17:00-dək Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonda olan digər dövlət qurumlarının yaxından köməkliyi ilə Səyyar “ASAN xidmət” avtobusu Daşkəsən rayonunda xidmət göstərib. 

Bu müddət ərzində notariat fəaliyyəti üzrə 146, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə 57, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə 220, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üzrə 33, sürücülük vəsiqələrinin dəyişdirilməsi üzrə 20, əmək pensiyalarının təyin edilməsi üzrə 13, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı üzrə 117, tibb xidmət (qan qrupu, boy və göz rənginin təyini üçün) üzrə 36 olmaqla, ümumilikdə 642  müraciət daxil olub. Bütün müraciətlərə aidiyyəti üzrə baxılıb. 

Sakinlər “ASAN xidmət”in fəaliyyətindən razı qalıblar.

 

Keçidlər