Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə şəhid Süleymanov Turxan İdris oğlunun anım günü keçirilib

16 sentyabr 2025 | 16:46

Sentyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhidin ailə üzvləri, şəhid valideynləri, qazilər, ictimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə 2022-ci ilin sentyabr ayının 13-də Kəlbəcər rayonunda Erməni Silahlı Qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış Süleymanov Turxan İdris oğlunun anım günü keçirilib.

Əvvəlcə mərasim iştirakçıları şəhidin məzarına gül dəstələri düzüb,  xatirəsini yad edib, dualar oxuyublar.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxışında deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoyaraq torpaqlarımızın azadlığını, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, düşmən üzərində tarixi Zəfər qazandı. Daşkəsənlilər də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına vuruşmuş, onlardan 34 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Belə cəsur, igid döyüşçülərdən biri də şəhid Turxan Süleymanovdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək mərdlik və igidlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Turxan Süleymanov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Digər çıxış edənlər də şəhid Turxan Süleymanov ilə bağlı xatirələrini bölüşüblər.

Şəhidin anası Humay Süleymanova, atası İdris Süleymanov ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər