Daşkəsəndə şəhid ailələrinə bayram sovqatları təqdim edilib
“AzerGold” QSC-nin, “Daşkəsən Dəmir Filiz” MMC-nin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayonun bir sıra dövlət qurumlarının birgə təşəbbüsü və təşkilati dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası həyata keçirilib.
Aksiya çərçivəsində Daşkəsən şəhərində qeydiyyatda olan şəhid ailələrinin üzvləri ziyarət olunub. Vətəndaşlara aksiya təşkilatçılarının səmimi təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.
Şəhid ailələrinin üzvləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






