Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə şəhid ailələri evlərində ziyarət olunub

12 mart 2025 | 09:50

Daşkəsən Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları “Konstitusiya və Suverenlik İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq şəhid ailələrini evlərində ziyarət edərək onların problemləri ilə maraqlanıblar.  Ziyarətlər zamanı sosial və digər məsələlərin həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.

Qeyd edək ki, bu təşəbbüslərin əsas məqsədi şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasını təmin etməkdir.

Şəhid ailələrinin üzvləri göstərilən dəstəyə görə minnətdarlıq edib, dövlətin və ictimaiyyətin onlara bəslədiyi qayğını yüksək qiymətləndiriblər.

Keçidlər