Daşkəsəndə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində iməclik təşkil olunub
19 fevral 2026 | 10:29
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Daşkəsən rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində fevralın 17-18-də rayonun müxtəlif yaşayış məntəqələrində, yolkənarı ərazilərdə ətraf mühitin qorunması, vətəndaşların sosial məsuliyyətinin artırılması məqsədilə növbəti iməclik keçirilib. Tədbirdə rayonun müxtəlif qurumlarının əməkdaşları və sakinlər fəal iştirak ediblər.
İməclik çərçivəsində geniş təmizlik işləri görülüb, tullantılar toplanaraq daşınıb, ətraf mühitin estetik və sanitar vəziyyəti yaxşılaşdırılıb.






