Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə rayon turniri başa çatıb, qalib komandaların təntənəli təltifolunma mərasimi keçirilib

15 iyun 2026 | 10:53

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Daşkəsən Dəmir Filiz” MMC-nin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Daşkəsən rayon komitəsinin, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Daşkəsən rayon komitəsinin və “Araz Supermarket” MMC-nin dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan Daşkəsən rayonunun idarə, müəssisə və təşkilatları arasında keçirilən minifutbol üzrə rayon turniri” yekunlaşıb.

Yarışlar yüksək idman ruhu, sağlam rəqabət və ədalətli mübarizə şəraitində keçirilib. Turnirdə 16  komanda 4 yarımqrupda qalib adı uğrunda mübarizə aparıb. Final mərhələsində "Star Mining" MMC komandası “AzerGold” QSC komandasını məğlub edərək rayon turnirinin qalibi olub. “Qərbi Azərbaycan” komandası isə üçüncü yerə layiq görülüb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bağlanış və təltifetmə mərasimində çıxış edərək 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda göstərdiyi misilsiz xidmətlərindən danışıb, iştirakçıları bayram münasibətilə təbrik edib. Vurğulayıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu kimi tədbirlər rayonun ictimai həyatında fəallığın artırılması, sağlam həyat tərzinin təbliği və gənclərin vətənpərvərlik ruhunda formalaşması məqsədi daşıyır.

“Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktoru Ceyhun Əliyev rayonda keçirilən sosial, mədəni və idman tədbirlərinə daim dəstək göstərdiklərini deyib, turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirərək qalib komandaları təbrik edib və bütün iştirakçılara yeni nailiyyətlər arzulayıb.

Daha sonra I, II və III yerləri tutmuş komandaların üzvlərinə Daşkəsən Rayon İcra Hakimiyyətinin kubokları, medalları, diplomları və qiymətli hədiyyələri təqdim olunub.  Həmçinin turnirin təşkilində fəallıq göstərmiş bir qrup şəxs fəxri fərmanla təltif edilib.

Tədbir Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Daşkəsən rayon komitəsinin təşkilatçılığı ilə hazırlanmış konsert proqramı ilə davam edib, xoş ovqat bəxş edən vətənpərvərlik mövzusunda musiqilər və ifalar səsləndirilib.

Sonda iştirakçılar və qonaqlarla xatirə şəkli çəkdirilib.

Keçidlər