Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 216-51-59, 216-54-51

Daşkəsəndə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında rayon turniri keçirilib

12 avqust 2026 | 10:51

11–12 avqust tarixlərində keçirilən turnir Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən rayonu üzrə Gənclər və İdman sektorunun, Daşkəsən rayonu üzrə Təhsil sektorunun və Daşkəsən Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Turnirin keçirilməsində məqsəd yeniyetmələr arasında şahmat idman növünün təbliği, onların intellektual inkişafına dəstək göstərilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili və istedadlı şahmatçıların üzə çıxarılması olub.

Yarışda 22  yeniyetmə şahmatçı iştirak edib.

Yarışın sonunda qaliblər müəyyənləşdirilib. Fərqlənən 3 iştirakçı - birinci yerin qalibi Cəfərov Elcan Elçin oğlu, ikinci yerin qalibi Tağıyev Məhəmməd Şahin oğlu və üçüncü yerin qalibi Həsənli Muraz Elçin oğlu Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin diplom və medalı ilə təltif olunub.

Keçidlər